Ərdoğan "Zəfər yaxındır" deyib Afrində nə qədər irəlilədiklərini açıqladı

Ərdoğan “Zəfər yaxındır” deyib Afrində nə qədər irəlilədiklərini açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

Mehmetçiklərin Afrində nə qədər irəlilədiyini Türkiyə prezidenti canlı yayımda açıqladı.

A24.az xəbər verir ki, AK Partiya Afyonkarahisar İl Başçılığı Konqresinə qatılmaq üçün şəhərə gələn prezident Rəcəb Tayyib Ərdoğan, vətəndaşlara səslənib. Ərdoğan Zeytun budağı əməliyyatında verdiyi açıqlamada 300 kv. km sahədə irəlilədiyini və zəfərin  yaxın olduğunu  qeyd edib.

Ərdoğan çıxşı zamanı bildirib:

“Hər gün zəfərə bir addım daha yaxınlaşırıq. Unutmayın, səbr edən kəs zəfərə daha yaxındır. Hazırda Mehmetçiyim dağ, təpə demədən, gecə-gündüz irəliləyir. Hazırda 300 kvadrat kilometr ərazini terroristlərdən təmizləmişik. Cerablusda, Əl Babda hansı nəticəyə nail olduqsa Afrin, İdlib və Münbiçdə də əona nail olacağıq.

Biz qardaşlarımızın öz torpaqlarına yerləşdirilməsini istəyirik. 3,5 milyon suriyalı ailə evlərinə dönmək istəyir. Bunun üçün çalışırıq. Yoxsa bizim Türkiyə olaraq qardaş Suriyanın torpaqlarında gözümüz yoxdur.”

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar