Ərdoğan "Zeytun budağı" əməliyyatından danışdı

Ərdoğan “Zeytun budağı” əməliyyatından danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

“Avropada bəziləri Türkiyə ordusuna işğal ordusu deyir. Tarixinizə baxın, tarixiniz Afrikanın, digər bölgələrin işğalı, sömürülməsi ilə doludur”.

Bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amasiya şəhərində keçirilən mitinqdə bildirib.

R. T. Ərdoğan Almaniyada polislərin gözü qarşısında PKK terror təşkilatının üzvlərinin məscidlərə hücum çəkdiyini söyləyib: “Ancaq biz bu ölkədə heç bir terrorçuya sığınacaq vermədik. O terrorçuları ya ölkələrinə göndərdik, ya da həbs etdik. Onlara kimin işğalçı, kimin qonaqpərvər olduğunu göstərəcəyik. Biz Afrinə niyə girmişik? Məqsədimiz Afrini işğal etmək deyil. Hazırda 3 milyondan çox suriyalı Türkiyədə qonağımızdır. Bu suriyalıların torpaqlarına qayıtması üçün Afrin əməliyyatını həyata keçirir, o torpaqları PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən azad edirik. Biz “Fərat qalxanı” əməliyyatı ilə Suriyada 2 min kv.km ərazini İŞİD terrorçularından azad etdik, 100 mindən çox suriyalı o torpaqlara qayıtdı. Qalan suriyalıların da qayıtması üçün ordumuz bu əməliyyatları keçirir”.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə ordusu müxalif Azad SuriyaOrdusu ilə birlikdə Suriyanın Afrin bölgəsinin PYD/YPG terrorçularından təmizlənməsi üçün “Zeytun budağı” əməliyyatına başlayıb. //APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar