A24 Xeber

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanda keçirilən iqtisadi işbirliyi təşkilatının 13-cü liderlər zirvə toplantısında iştirak edib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İlham Əliyevin də iştirak etdiyi zirvə toplantısında liderlər şəkil çəkdirib. Türkiyə prezidenti həmin şəkil çəkilən zaman İran prezidenti Həsən Ruhani ilə yan-yana dayanıb.

Zirvənin açılışı zamanı ilk çıxışı isə İqtisadi İşbirliyi Təşkilatının budəfəki zirvə toplantısını Pakistana təhvil verən Azərbaycan prezidenti İlham Əliyev edib.

Zirvə toplantısında çıxış edən Ərdoğan isə Dağlıq Qarabağ mövzusuna toxunaraq “Dağlıq Qarabağ problemini görməzlikdən gəlməməliyik. Uzun müddətdir davam edən ikitərəfli görüşlər bir nəticə verməyib. Minsk Qrupu bu problemi həll edə bilmir”, – deyə fikirlərini səsləndirib.

“A24.az” Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim edir:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanda keçirilən iqtisadi işbirliyi təşkilatının 13-cü liderlər zirvə toplantısında iştirak edib. “A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İlham Əliyevin də iştirak etdiyi zirvə toplantısında liderlər şəkil çəkdirib. Türkiyə prezidenti həmin şəkil çəkilən zaman İran prezidenti Həsən Ruhani ilə yan-yana dayanıb. Zirvənin açılışı zamanı ilk çıxışı isə İqtisadi İşbirliyi Təşkilatının […]

Ərdoğan zirvə toplantısında Qarabağı müdafiə etdi – VİDEO

577