A24 Xeber

Ərdoğandan ABŞ-a: “İllər ərzində onlara kömək etdik”

Ərdoğandan ABŞ-a: “İllər ərzində onlara kömək etdik”
44
11 Avqust 2018 - 11:50

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan New-York Times-a müsahibə verib.

A24.Az xəbər verir ki, Ərdoğan müsahibə zamanı ABŞ-ın strateji ortaq və NATO müttəfiqi Türkiyənin narahatlıqlarını anlamadığını ifadə edib.

ABŞ-ın FETO, YPG və keşiş Brunson mövzusundakı mövqeyini bir dəfə daha tənqid edən Ərdoğan “Türkiyənin alternativlərə sahib olduğu qəbul edilməlidir”, – deyə bildirib. Türkiyə və ABŞ-ın son 60 ildir strateji ortaq və NATO müttəfiqi olduğuna, iki ölkənin Soyuq Müharibə dövründə və sonrasında qarşılaşdıqları ortaq çətinliklərə qarşı çiyin-çiyinə dayandığına işarə edən Ərdoğan bu ifadələri işlədib: “Türkiyə, illər ərzində nə zaman lazımlı olsa ABŞ-ın köməyinə qaçdı . Koreyada əsgərlərimiz birlikdə vuruşdu. Kuba raket böhranının ən yüksək olduğu dövrdə, Türkiyə torpaqlarında Yupiter raketlərinin konuşlanmasına icazə verərək ABŞ-ın vəziyyəti sakitləşdirmək səylərinə qatqı təmin etdi. 11 sentyabr terror hadisələrindən sonra Vaşinqton bu pisliyi edənlərə cavab vermək üçün dostlarını və müttəfiqlərini gözlədiyini, hərbi qüvvəllərimiz burada NATO missiyasını uğurla yerinə yetirmək üçün Əfqanıstana göndərdik”.

Bundan başqa Ərdoğan, ABŞ-ın Türk xalqının narahatlıqlarını anlaya bilməyəcəyini vurğulayıb:

Son illərdə iki ölkənin ortaqlığının ABŞ tərəfindən anlaşılmazlıqlarla sınandığını qeyd edən Ərdoğan, “Təəssüf ki, bu təhlükəli trendi tərsinə çevirmə səylərimiz boşa çıxdı. ABŞ, Türkiyənin suverenliyinə hörmət etməyə başlayıb, millətimizin qarşı-qarşıya olduğu təhlükələri anladığını sübut edə bilməzsə, əməkdaşlığımız riskə girə bilər”, – deyə açıqlayıb.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00