Ərdoğandan açıqlama: O görüntüləri Putinə göndərdim

Ərdoğandan açıqlama: O görüntüləri Putinə göndərdim
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Ərdoğan Dumada kimyəvi silahdan istifadə ilə bağlı açıqlama verib.

“A24.az” bildirir ki, açıqlamasında Ərdoğan “Duma və Şərqi Qutada yaşananlar canı yandıran, fəlakət addımları idi. Bunların məndə videogörüntüləri var. Putinin şəxsi təmsilçisinə də verdim” ifadələrini işlədib.

Qeyd edək ki, bu gün Ərdoğan cümə namazından sonra müxbirlərə bir sıra açıqlamalar verib. Ötən gün Putinlə olan telefon danışığının məzmunu barəsində danışan Ərdoğan “Hörmətli Putin ilə olan danışığımızın mövzusu Suriya idi. Suriyada yaşananları müzakirə etdik. Suriyada tez bir zamanda sülhün bərqərar olması üçün nələr edə biləcəyimizi danışdıq. Bunlarla yanaşı üzərində dayandığımız mövzu bölgədəki faciənin başa çatacağı mövqedə tələblərimiz oldu. Hələ son zamanlar Şərqi Qutada, daha sonra Dumada yaşananlar həqiqətən canı yandıran fəlakət addımlardır. Bunların məndə videogörüntüləri var. Həmin videogörüntüləri Putinin göndərdiyi şəxsi təmsilçisi ilə yolladım” ifadələrini işlədib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar