Ərdoğandan sərt mesaj: "Bizim qanımızda yoxdur, amma siz qanınızda var..."

Ərdoğandan sərt mesaj: “Bizim qanımızda yoxdur, amma siz qanınızda var…”
Want create site? Find Free WordPress Themes and plugins.

Ərdoğan: “Bizim qanımızda mülki vətəndaşları vurmaq yoxdur…”

A24.az xəbər verir ki,  Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda partiyasının il konqresində vətəndaşların qarşısına çıxıb.

Ərdoğan çıxışı zamanı “Bizim qanımızda mülki şəxsləri öldürmək yoxdur, amma siz qanınızda var” deyərək Suriyada sadə vətəndaşları öldürən qüvvələrə sərt mesajını verib.

“Keçmiş atalarımızın varisiləri olaraq indi də Mehmetçik eyni yolu gedir. Biz F-16-larla, tanklarımızla Mehmetimizə hücum edənləri boğduq və boğmaqda davam edirik. Amma bəziləri çıxıb nə deyir?  Mülki vətəndaşlırı vururuq. Vicdansızlar, əxlaqsızlar, ədəbsizlər, bizim qanımızda mülki vətəndaşları öldürmək yoxdur, ancaq sizin qanınızda var. Siz bunu Malidə, Ruandada, Korsikada, Liviyada etdiniz. Türkləri bu işlərə aid edə bilmərsiz.

Sərhədlərimizi qorumaq bizim vəzifəmizdir. Heç kim bizə qalxıb deyə bilməz ki, sərhədlərini qoruma. Hücum edənlərə qarşı da lazımı cavabı verəcəyik. Bu ölkə, bu millət, bu əsgər, qorxaq deyil. Bura qorxaqlar ölkəsi deyil.”

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar