A24 Xeber

Ərdoğandan yəhudilərlə bağlı sərt çıxış: Tarixi faktları SİLLƏ kimi üzlərinə VURDU

Ərdoğandan yəhudilərlə bağlı sərt çıxış: Tarixi faktları SİLLƏ kimi üzlərinə VURDU
147
19 May 2018 - 13:23

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 14-də etdiyi müraciətdən sonra İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısı keçirilib.

A24.Az Sputniknews-a istinadla xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısına  Əfqanıstan, Qvineya-Bisau, İran, Qətər, Küveyt, Mavritaniya, Sudan, İordaniya, Fələstin və Şimali Kiprin dövlət başçıları, Fələstin, Qırğızıstan və Pakistanın baş nazirləri və İƏT-yə üzv olan 25 ölkənin xarici işlər nazirləri qatılıb. Azərbaycanı fövqəladə zirvə toplantısında xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı İsrail dövlətini qəddarlıq etməkdə günahlandırıb və terror dövləti adlandırıb. O, İsrail dövlətinin fələstinlilərə qarşı etdiklərini, nasistlərin yəhudilərə qarşı zülmü ilə müqayisə edib.

“İkinci dünya müharibəsi zamanı düşərgələrdə hər cür işgəncələrə məruz qalanların övladları hazırda bu işgəncə metodlarını fələstinlilərə qarşı tətbiq edirlər”, – Ərdoğan söyləyib.

Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilib. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 61 fələstinli ölüb, 2700-ü yaralanıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00