Ərdoğandan YPG-yə kömək edəcək Makrona: “Bu yalandır” – VİDEO

Ərdoğandan YPG-yə kömək edəcək Makrona: “Bu yalandır” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Ərdoğan Emmanuel Makronun terror təşkilatına dəstək verən açıqlamasına reaksiya verib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan AK Partiyasının toplantısında çıxışı zamanı mövzuyla bağlı açıqlama verib.

Açıqlaması zamanı Ərdoğan “Ötən həftə görüşdüm, gördüm Makron qəribə şeylər danışır. Dediklərim bir az sərt oldu, amma söyləmək məcburiyyətində qaldım. Bizim silahlı qüvvələrimizi qəbul edə bilməyəcəyimiz bir yerdə  oturtmaq heç kimin həddinə deyil.

Suriyada, İraqdan qaçan terrorçular Fransadan aldıqları cəsarətlə ora yığışdıqları zaman ümid edirik ki, bizdən yardım istəməzlər”.

Qeyd edək ki, Fransanın “Le Figaro” mediasında çıxan xəbərdə Makronun YPG-ni Türkiyəyə qarşı dəstəkləyəcəyi və hətta əsgər belə göndərəcəyi yazılıb. Türkiyə buna verdiyi reaksiyadan sonra Fransadan yeni bir açıqlama gəlib. Açıqlamada “Suriyanın şimalında yeni hərbi əməliyyat planımız yoxdur” ifadələri işlədilib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Siyasət, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar