Ərdoğanın dini çıxışı xristianları qəzəbləndirdi

Ərdoğanın dini çıxışı xristianları qəzəbləndirdi
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda – Aya Sofyada “Quran”dan sətirlər oxumaqla xristianları qəzəbləndirib.

“A24.az” bildirir ki, bu barədə “The İndependent” nəşri yazır.

Türkiyə lideri müqəddəs yazının ilk sətirlərini oxuyaraq Aya Sofyanı Türkiyəyə miras saxlayanların ruhuna dua oxuyub.

Prezident özü sonradan bu çıxışını “çətin və həyəcanlı” adlandırıb.

Ərdoğan öz nitqini incəsənət festivalının açılışında deyib. Mərasim İstanbulda – Aya Sofyada keçirilib.

Vaxtilə xristian dünyasının ən iri kilsəsi olan Aya Sofya sonradan müsəlman məscidi olub, hazırda isə muzey kimi fəaliyyət göstərir.

Ərdoğanın çıxışı əhalisinin 98 faizi pravoslav olan Yunanıstanı qəzəbləndirib. Rəsmi Afina Ərdoğanın Aya Sofyadakı dini çıxışından narazılığını bildirib.

Qeyd edək ki, Aya Sofya XV əsrin ortalarında Osmanlı türkləri tərəfindən Konstantinopol zəfəri zamanı ələ keçirilib. 1935-ci ilə qədər bura məscid olub. Aya Sofya YUNESKO-nun Dünya İrs siyahısına daxil edilib.

Oxu.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar