Ərdoğanın "Osmanlı tokatı"-na ABŞ-dan cavab gəldi - VİDEO

Ərdoğanın “Osmanlı tokatı”-na ABŞ-dan cavab gəldi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ mətbuat katibindən “Osmanlı tokatına cavab gəldi.

A24.az xəbər verir ki, dünən Türkiyə prezidenti çıxışı zamanı ABŞ haqqında işlətdiyi sərt ifadələrə ABŞ mətbuat katibindən cavab gəlib.

Ərdoğan dünənki çıxışında “Terroristlərə təslim olmağımızı istəyirlər. Bu necə NATO üzvüdür?  Əgər NATO-da bir yerdəyiksə, Türkiyə kimi, ABŞ-ın da NATO-nun tələblərinə riayət etməsi lazımdır. Digər tərəfdən, NATO ABŞ demək deyil. Sən PYD/YPG-yə terror təşkilatı deməsən də, bu terror təşkilatı sənin müttəfiqinə hücum edirsə, NATO üzvü olaraq ABŞ-ın buna qarşı olması lazımdır.

“Bizi vuraralarsa onlara qarşı sərt reaksiya verərik” deyənlər deyəsən ,ömründə “Osmanlı tokatı” yeməyiblər. Türkiyəni istədikləri kimi girib çıxdıqları, istədiyi hər şeyi edəcəkləri zaman susan ölkələrlə qarışdırırlarsa çox yaxında belə olmadığını görəcəklər” deyə bildirməsinin ardından ABŞ general-leytenantından bu ifadəyə cavab gəlib:

ABŞ mətbuat katibi Nauert, “ABŞ Türkiyənin ona qarşı istifadə etdiyi sərt ifadələrinin gedərək artırmasından narahatlıq duyurmu və “Osmanlı tokat”-ından xəbəriniz varmı sualına gülümsəyərək, “Bu cür ifadələrə öyrəşmişik. Bu cür ifadələr Türkiyə hökumətindən və ya digər hökumətlərindən gəldikdə, biz narahat olmuruq. Biz digər hökumətlərdən, digər siyasi liderlərdən də buna bənzər bir sözlər eşidir, sosial media paylaşımları görürük. Amma öz siyasətimiz bu kimi ifadələri diqqətə almır” – deyə cavab verib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar