A24 Xeber

Ərdoğanla Makron arasında telefon danışığı olub

Ərdoğanla Makron arasında telefon danışığı olub
47
05 Mart 2018 - 8:15

Fransa prezidenti Emmanuel Makron və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“A24.az”ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, tərəflər söhbət zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.

“Prezidentlər Cenevrə prosesi çərçivəsində tərəfdaşlar və Suriya müxalifətinin nümayəndələri ilə münaqişənin məqbul həllini axtarmağa davam edəcək”, məlumatda deyilir.

Qeyd olunub ki, danışıq zamanı Şərqi Qutada yaranmış vəziyyət müzakirə edilib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00