A24 Xeber

Ərdoğanla Putin görüşməyəcək – Səfir səbəbi açıqladı

Ərdoğanla Putin görüşməyəcək – Səfir səbəbi açıqladı
87
28 May 2018 - 22:18

Prezident seçkilərindən əvvəl iki ölkə liderinin görüşü planlaşdırılmır.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Moskvadakı səfiri Hüseyn Diriöz deyib.

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun 200-cü ildönümü səbəbilə təşkil olunan sərginin açılışında danışan Türkiyənin Moskvadakı səfiri Hüseyn Diriöz, iki ölkə liderinin yaxın zamanda görüşünün planlaşdırılmadığını, görüşün olmamasının əsas səbəbi isə Türkiyədə seçkilərin keçirildiyini bildirərək, seçki kampaniyasının çox gərgin keçdiyini qeyd edib.

İki ölkə xarici işlər və iqtisadiyyat nazirlərinin müntəzəm təmas halında olduğunu qeyd edən səfir, seçkilər zamanı müxalifət tərəfindən etiraz və ya boykot aksiyalarını gözləmədiyini dilə gətirərək, hər şeyin adətə qaydalara əsasən həyata keçdiyini qeyd edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00