Ərəb kanalında böyük qalmaqal – Ərdoğanı belə göstərdilər - VİDEO

Ərəb kanalında böyük qalmaqal – Ərdoğanı belə göstərdilər – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Birləşmiş Ərəb Əmirliklərinə aid TV kanalında yayımlanan serialda Türkiyəyə – Ərdoğana qarşı edilən düşmənçilik diqqət çəkib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, qalmaqallı görüntü ərəb dünyasının ən çox izlənilən serialın sonuncu bölümündə göstərilib. Belə ki, “Kalabsh” (Kod) serialında Türkiyə prezidenti Ərdoğan Misirdə Sinadakı terror təşkilatlarına dəstək verməkdə ittiham olunub.

Ərdoğanın şəkli ilə Türkiyə bayrağının asıldığı otaqda özlərini türk kəşfiyyatçıları kimi göstərən bir qrup şəxs keçirdikləri iclasda terrorçulara dəstək olmaq üçün qərar veriblər. Çevrilişçi Sisi ilə Türkiyənin düşməni olan BƏƏ-nin yer aldığı serialda Türkiyə və Ərdoğan terrora dəstək verən kimi göstərilib.

Türkiyə mediasının yazdığına görə, qalmaqal yaradan serialın sahibləri isə ortadadır: biri əli qanlı Misir, digərləri isə Qüdsü sionistlərə satacaq qədər alçaq olan BƏƏ-dir.

Lakin görüntülər sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və ərəblər buna etiraz edib. Çünki ərəb ölkələrinin əhalisi arasında Türkiyəyə və Ərdoğana böyük sevgi var.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Media, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar