A24 Xeber

Ərəblər bu gün oruc tutmadı – Yenə ayı görmədilər

Ərəblər bu gün oruc tutmadı – Yenə ayı görmədilər
94
16 May 2018 - 11:40

Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Fas Ramazan ayına girmək üçün ayın görünməsini gözləyəcəklərini açıqlayıb. Lakin Qətər dünən gecə sahura qalxıb bu gün oruca başlayacaqlarını bildirib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Ramazan orucunun başlayacağı gün bu il Türkiyə, Avropa və ABŞ-da 16 may 2018-ci il tarixində qəbul edilsə də, ərəb dünyası yenə ayı gözləməyə qərar verib.

Belə ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Fas dünən axşam girməsi gözlənilən mübarək Ramazan ayının xəbərçisi ayın görünməsini hələ də gözləməkdədirlər.

Bununla da, İslam dünyasında Ramazan ayının başlanğıcında gün fərqi yaranmış oldu.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00