Ərəblər “Wi-Fi” üçün alternativ yaratdı

Ərəblər “Wi-Fi” üçün alternativ yaratdı
Want create site? Find Free WordPress Themes and plugins.

Texnologiyanın inkişafı ilə əlaqədar internetə olan tələbat da günbəgün artmaqdadır.

“A24.az”-ın məlumatına görə, Axşam.az Technote-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanda “Wi-Fi” bağlantısını geridə qoyacaq, data transferini yüz dəfə daha sürətli həyata keçirəcək ağ işıq lazeri təqdim edilib.

İddialara görə, bu yeni texnologiya sayəsində saniyədə 2 GB data transfer olunacaq. Bu sürətlə hətta yüksək effektli filmlər belə daha tez kopyalana bilər.

Keçən il “Velmenni” şirkəti “Wi-Fi” bağlantısının sürətini 100 qat artırmaq üzərində işləmişdi. “Li-Fi” adı verilən bu texnologiya saniyədə 1 GB-a qədər datanın transferini həyata keçirilə bilirdi. Səudiyyə Ərəbistan isə yeniliyə imza ataraq bu rəqəmi 2 GB-a çatdıra bildi.

Yeni texnologiya Səudiyyə Ərəbistanındakı Kral Abdulla Universitetinin alimləri tərəfindən kəşf edilib. Onların hazırladıqları yeni texnologiya Visible Light Communication (Görünən İşıq Xəbərləşməsi) sisteminin təməlini qoymaqla bərabər, LED istifadə edərək, aydınlatma və kommunikasiyanı bir araya gətirir.

Başqa sözlə desək, data transfer edən bağlantı əslində elektrikli lampanın işıqları sayəsində reallaşır. Gələcəkdə naqilsiz bağlantı üçün yaşadığımız yerin işıqlarını yandırmaq kifayət edəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar