A24 Xeber

Erkən ölümlərin səbəbi ət yeməkləridir – Alimdən çağırış

Erkən ölümlərin səbəbi ət yeməkləridir – Alimdən çağırış
34
30 Aprel 2018 - 8:40

Əgər insanlar ətdən imtina etsəydilər, erkən ölümlərin ən azı üçdə birindən qaçmaq mümkün olardı.

“A24.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Harvard universitetinin Epidemiologiya və Qidalanma sahəsi üzrə tibb məktəbinin professoru Uolter Uillet çıxış edib.

Onun sözlərinə görə, sağlam qidalanma bitki qidasına əsaslandırılmalıdır. Bu halda ətdən birdəfəlik imtina etmək tamamilə vacib deyil. “Sağlam qidalanma praktik olaraq hər şeyin riskini aşağı salır”, – deyə professor əminliklə vurğulayıb.

Oxşar fikri tibbə məsul olan komitənin prezidenti doktor Nil Barnard da bölüşüb.

“İnsanlar hesab edirlər ki, sağlam qidalanma onlara ciddi effekt göstərir, vegeterian pəhrizi isə sadəcə çəkini bir az azaltmağa kömək edir. Amma nə vaxt ki, belə pəhrizlər düzgün təşkil edilir, onlar çox təsirli ola bilərlər”, – deyə o bildirib.

Report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00