Erməni deputat mandatından məhrum edildi: Toxunulmazlığı əlindən alındı

Erməni deputat mandatından məhrum edildi: Toxunulmazlığı əlindən alındı
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan parlamentinin deputatı Manvel Qriqoryan deputat toxunulmazlığından məhrum edilib.

A24.Az-ın “Aysor.am”a istinadən verdiyi xəbərə görə, bu barədə parlamentin bu gün  keçirilən iclasında qərar verilib.

Səsvermədə 85 deputat iştirak edib. Onlardan 81 nəfəri qərarın lehinə, 3 nəfər isə əleyhinə səs verib. Bir səs isə etibarsız sayılıb.

Qeyd edək ki, Ermənistanın müdafiə nazirinin sabiq müavini M.Qriqoryan bir neçə gün öncə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılıb. Daha sonra Milli Təhlükəsizlik Bürosunun yaydığı məlumatda deyilir ki, deputat 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar