Erməni fırıldaqçı Türkiyəyə təyyarə ilə qaçarkən FBİ tərəfindən saxlanıldı

Erməni fırıldaqçı Türkiyəyə təyyarə ilə qaçarkən FBİ tərəfindən saxlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın 511 milyon dollarını quldurluqla oğurlayıb daha sonra Türkiyəyə qaçmağa çalışarkən yaxalanan Amerikalı Jacop və Isiah Kinqston qardaşlarından sonra, 2 il əvvəl Borajeti satın alan SBK Holdinqin maliyyəçi tərəfdaşı olan Lev Aslan Dermen (Levon Termendzhyan) də FBI tərəfindən tutulub.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Los Anceles Hava Limanında İstanbula hərəkət etmək üçün xüsusi təyyarəsinə minəndə FBI tərəfindən saxlanılan Dermenin həbs olunduğu bildirilib.

ABŞ mətbuatı Dermenin son anda Türkiyəyə qaçdığını yazmışdı. ABŞ-ın Yuta Bölgə Prokurorluğunun məhkəməyə təqdim etdiyi sənədlərə görə, Dermen və tərəfdaşları Kinqston qardaşların çıxardıqları ilk iclasda ittihamları rədd etdikləri bildirilərkən, prokurorlar müttəhimlərin şərti azadlığa buraxılmasına etiraz edərək, Türkiyəyə qaçmağa riskləri olduğunu irəli sürüblər.

Prokurorlar Yuta ştatının Salt Lake City şəhərində 17 sentyabr günü hakim qarşısına çıxarılacaq olan müttəhimlərin Türkiyədə əhəmiyyətli varlıqları olduğu, xüsusilə Dermenin tez-tez səyahət etdiyi və İstanbulda evi olduğunu qeyd edib. Prokurorlar həmçinin, Dermenin keçmişdə haqqında mülki məhkəmələrin pul cəzası ödəməsi əmrlərinə tabe olmadığı, hətta qatılması lazım olan bəzi mübahisələr olduğu halda ABŞ-dan ayrıldığını bildiriblər. Ermənistan vətəndaşı olarkən ABŞ-a köçəm Dermenin Türk vətəndaşlığına da müraciət etdiyi, hətta ötən il Los Ancelesdəki bir məhkəmənin qərarı ilə adını Lev Aslan Dermen olaraq dəyişdirdiyi qeyd edilib.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar