Erməni general Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərindən danışdı

Erməni general Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərindən danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlər keçirilməsinə münasibət bildirib.

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, A.Davtyan narahatlıq üçün heç bir əsas olmadığı ğını vurğulayıb.

“Adi taktik işlər aparılır. Vəziyyətin istənilən inkişafına hazırıq. Onlar həmçinin bizim təlimlərimizi izləyəcəklər. Narahatlıq üçün heç bir səbəb yoxdur”, – deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb. Təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. İyulun 6-dək davam edəcək təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar