A24 Xeber

Erməni iş adamları liftdə güllələndi

Erməni iş adamları liftdə güllələndi
576
09 Mart 2017 - 13:59

Rusiyada çoxmərtəbəli yaşayış binalarından birinin liftində qətlə yetirilmiş iki nəfərin cəsədi tapılıb.

“A24.az” xəbər verir ki, bu barədə məlumatı erməni saytları yayıb.

Hadisə zamanı ölənlər Moskvadan Kubana mal daşıyan və ticarətlə məşğul olan Ermənistan vətəndaşlarıdır.

Polisə insident haqqında məlumat binada yaşayan əhali tərəfindən daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları liftdə iki nəfərin cəsədini aşkarlayıb. Güllələnlərdən birinin 1966-ci il təvəllüdlü, həmin binada yaşayanlardan biri olduğu məlum olub. Lakin digər şəxsin ondan bir qədər cavan olduğu və şəxsiyyətinin müəyyənləşdirilmədiyi bildirilir.

İnsanların dediklərinə görə, ötən gün qonşuluqda olan kişi böyük məbləğdə pul əldə edib və həmin pullarla yenidən mal dalınca gedəcəkmiş.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb və təhqiqata başlanılıb.

Qeyd edək ki, səhər saatlarında da Azərbaycan saytlarında buna bənzər xəbər yayımlanıb. Lakin həmin xəbərlərdə güllələnən hər iki şəxsin azərbaycanlı olduğu bildirilib.

Rusiyada iki azərbaycanlı liftdə güllələndi

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00