Erməni kəşfiyyatçılarını şoka salan yaramazlıq: İrəvan əsgərlərimizin əlinə keçənlərdən imtina etdi

Erməni kəşfiyyatçılarını  şoka salan addım: İrəvan əsgərlərimizin  əlinə keçənlərdən imtina etdi
Want create site? Find Free WordPress Themes and plugins.

 

İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Bundan qəzəblənən Ermənistan tərəfi yalan məlumatlar yaymaqda davam edir. Ermənistan Müdafiə Nazirliyi tutulan kəşfiyyatçı barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Qondarma Dağlıq Qarabağ Respublikasının rəsmisi David Balayan da bildirib ki, heç kim Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülməyib.

A24.Az xəbər verir ki, məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, qarşı tərəf məğlubiyyəti qəbul etmədiyi və təxribatlarını ört-basdır etmək istədiyi üçün baş verənləri dezinformasiya adı ilə təqdim edir:

“Cəbhənin Tovuz-Qazax istiqamətində ələ keçən erməni hərbçisi ilə bağlı məlumatı olan da danışır, olmayan da. İrəvanda oturub özünün Feysbuk sosial səhifəsi vasitəsiylə gecə-gündüz yalanlar, dezinformasiyalar yayan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Hovanesyan hadisə haqqında məlumat olan kimi bəyan etdi ki, bu yalandır, dezinformasiyadır, elə bir şey olmayıb.

Ardınca da, özünü “yuyulmamış qaşıq kimi ortalığa atan” “DQR” rəhbərinin mətbuat katibi David Babayan adlı gədə də Xankəndi tərəfdən “banlamağa” başladı ki, bizim əsgərlərdən heç kim Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülməyib. Adama deyərlər ki, sən əvvəl öyrən, bil hadisə harda və necə olub, ondan sonra başla nə isə danışmağa.

Nə vaxtdan Ermənistan-Azərbaycan dövlət sərhədi sənin olmayan ağlınla Xankəndi tərəfdən keçir? Bunlar dünəndən ellikcə başlıyıblar ki, guya Azərbaycan tərəfi yalan məlumat yayır, dezinformasiyadır və sairə. Dünən nahardan sonra isə bizimkilər bu ələ keçən xaçikin sir-sifətin nümayiş etdirdikdən sonra isə, yeni bir “üsula”, “kəşfə” əl atıblar. Vallah, bunlar kimi şərəfsiz, bunlar kimi əclaf millət və xalq yer üzündə olmayıb və olmayacaq. Ən azından adam özü deyir ki, mən Ermənistan Respublikasının vətəndaşıyam və Noyenberyan rayonundanam. Pulla gedib sərhəddə xidmət keçirəm. Və Siz bunu bildiyiniz halda, nədən öz vətəndaşınızdan imtna edirsiniz? Kişiliyiniz elə bu qədərdi?

Məsələnin üstü açılandan sonra isə, dünən axşamdan ermənilər valı dəyişməyə başlayıblar. Bu ələ keçən bədbəxti az qala tüfeyli, türmədə yatan, psixi vəziyyəti qaydasında olmayan kimi təqdim etməyə çalışırlar. Hə, Qara kişi. Necə deyərlər, “xoruzun quyruğu” artıq görünməyə başladı. Erməni yaramazlar gözəl bilirlər ki, indi bu ələ keçən öz köpəkləri nə vacib məlumatlar söyləsə, bunlar “daş atıb başlarını tutmağa” çalışacaqlar ki, yalandır, adam dəlidir və söylədikləri həqiqətdən uzaqdır.Hətta, fərz etsək ki, bu Ermənistan tərəfinin təqdim etdiyi kimidir.

Onda, sual olunur ki, Sizin bəh-bəhlə təriflədiyiniz dövlət sərhədiniz beləmi “etibarlı” qorunur, istənilən şəxs rahat şəkildə hardasa aza və ya yolunu səhv sala bilər? Aydın məsələdir ki, bu dəfə Ermənistan tərəfi çox pis yerdə “axşamlayıb”. İndi biz bu hadisədən və faktdan sakit və ağıllı şəkildə elə istifadə etməliyik ki, mənfur və xain qonşularımızın manevr etməyə heç bir imkanları olmasın. Bu yaramaz və murdar erməniləri elə cəzalandırmaq lazımdır ki, ən azından hər həftə, hər gün bunlar Azərbaycan tərəfindən sarsıdıcı zərbələr alsınlar. Bəlkə onda bunların olmayan ağılları bir balaca yerinə gələ”.

A24.Az

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar