Erməni leytenantının öldürüldüyü barədə xəbərlər yayıldı

Erməni leytenantının öldürüldüyü barədə xəbərlər yayıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan ordusunun son günlər təmas xəttində verdiyi və ictimaiyyətdən gizlədilən daha bir hərbçi itkisi barədə məlumat yayılıb.

“A24.az” “virtualaz.org”a istinadən xəbər verir ki, martın 27-də təmas xəttində baş leytenant, 27 yaşlı Qiorgi Adonyan öldürülüb. Məlumat sosial şəbəkələrdə “Azeri Patriots” adlı istifadəçi tərəfindən yayılıb. Ermənistan Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı qondarma rejim martın 27-də təmas xəttində itki verdikləri haqda heç bir informasiya verməyib. Həmin istifadəçi düşmən ordusunun ilin əvvəlindən bəri azı 19 hərbçi itirdiyini bildirir, onların ad-soyadlarını, hərbi rütbələrini göstərir. (Bu itkilərin əksəriyyəti barədə xəbərlər artıq yayılıb).

Xatırladaq ki, ötən gün martın 28-də də düşmən itki verib-təmas xəttinin Ağdam istiqamətində Artak Rafaelyan adlı erməni pulemyotçu vurulub. O, həm də aprel döyüşlərinin iştirakçısı və idmançı-rekordsmen olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar