Erməni lobbisindən etiraf: Xocalı qətliamını Ermənistan qoşunları törədib - VİDEO

Erməni lobbisindən etiraf: Xocalı qətliamını Ermənistan qoşunları törədib – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-dakı erməni lobbisinin rəhbərlərindən biri Xocalı qətliamının Ermənistan qoşunları tərəfindən həyata keçirildiyini etiraf edib. Amerika Erməni Assambleyasının ABŞ-ın qərb regionu üzrə direktoru Mihran Tumacan Xocalıda yaşananları faciə adlandırıb. Orada mülki əhalinin qətlə yetirildiyini bildirib.

Amerikadakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Senatında keçirilən, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə ermənilərə layiqli cavab verilib. Kaliforniyadakı Azərbaycan icmasının gənc üzvləri faktlarla tədbirdə səsləndirilən yalan məlumatları ifşa ediblər. Onlar həm senatorlara, həm də çıxış edən erməni lobbisinin nümayəndələrinə niyə heç bir yerdə Xocalı faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş 1 milyona yaxın qaçqın və məcburi köçkün haqqında bəhs edilmədiyi, Azərbaycan icmasından heç kimin tədbirə dəvət olunmadığı və məsələlərə birtərəfli yanaşıldığı barədə suallar ünvanlayıblar.

İradlar qarşısında çıxılmaz vəziyyətdə qalan senator Portantinonun köməyinə erməni icmasının üzvləri yetişməyə çalışsalar da, bu alınmayıb. Amerika Erməni Assambleyasının ABŞ-ın Qərb regionu üzrə direktoru Mihran Tumacan çıxışında həm özünü, həm də bütün erməniləri çətin vəziyyətə salaraq, dolaşıq fikirləri ilə əslində özlərini ifşa edib.

Erməni lobbisinin Amerikadakı rəhbərlərindən biri olan bu şəxs Xocalıda azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini etiraf edib.

Nəticədə Mihran Tumacan bu cinayətə öz aləmində haqq qazandırmaq üçün çox gülünc arqumentdən istifadə edib və ermənistan dövlətini ifşa edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar