A24 Xeber

Erməni mətbuatı Sarkisyanı “VURDU”: Xarici münasibətləri qəsdən pozdu

Erməni mətbuatı Sarkisyanı “VURDU”: Xarici münasibətləri qəsdən pozdu
77
02 Mart 2018 - 15:51

“Ermənistan prezidenti Serj Sarkisyan Birləşmiş Millətlər Təşkilarının iclasında bəyan edib ki, Ermənistan və Türkiyə arasındakı saziş (iki dövlət arasındakı əsaslı münasibətlərin yaxşılaşması haqqında olan) heç bir hüquqi gücə sahib deyildir”.

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, bu haqda tezliklə daha ətraflı məlumat veriləcəkdir. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan 2017-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edərkən bildirib ki, Yerəvan Ermənistan-Türkiyə protokollarını ləğv edir. “Hər hansı bir aktiv inkişaf olmadığı müddətdə, Ermənistan tərəfindən iki protokol gerçək hesab olunmamaqla yanaşı, heç bir hüquqi gücə sahib olmayacaqdır. Biz 2018-ci ilin yazında təəssüf ki, bunlarsız hərəkət etməyə başlayacayıq”, – deyə S.Sarkisyan bildirib. Serj Sarkisyanın postunu itirdiyi bir zamanda Türkiyə Ermənistan münasibətlərinə son qoymasının arxasında nələrin dayandığı ilə bağlı erməni KİV-i araşdırma yazıb. Bildirilir ki, Sarkisyan bu qərarı verməklə Türkiyə ilə də əlaqələri kəsib tamamilə blok şəraitində qalıb, daha sonra “pələng sıçrayışı” yəni ölkə daxilində “güc”lənib birdən biri “inkişaf” etdiklərini nümayiş etdirmək niyyəti ola bilərdi. Araşdırma yazısında da qeyd olunub ki, ölkənin inkişafının onun daxili və xarici siyasətilə sıx bağldır. Əgər bunlarında qarşısı alınacaqsa, hansı inkişafdan söhbət gedə bilər? Xairici münasibətlərin pozulmasına digər nümunə isə İsrail dövlətinin yürütdüyü siyasət gətirilib. Yəni bağlı sərhədlər ölkə daxilində rəqabəti gücləndirən və bu da açıq sisteminin olmasına şərait yaracaq. Ancaq Ermənistanın xarici siyasət potensialı o qədər də böyük deyil ki, daxili inkişaf hesabına xarici əlaqələrini daha da genişləndirsin. Ölkənin daxili və xarici siyasətindəki atılan addımlar qarmaqarışıqdı. Çünki Serj Sarkisyanın hakimiyyətlə bağlı siyasəti hələ də hamıya qaranlıqdır.
Orxan Aslanlı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00