A24 Xeber

Erməni politoloq: Sarkisyanın istefası…

Erməni politoloq: Sarkisyanın istefası…
79
20 Aprel 2018 - 22:49

“Serj Sarkisyan istefa edəndən sonra hökumətlə cəmiyyət arasında dialoqlar baş tuta bilər”.

A24.Az erməni mediasına istinadən xəbər verir ki, bu fikiri erməni politoloq Edqar Vardanyan ölkədə baş verən xaosa münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, aparılacaq dialoqlar rejimin dəyişməsi istiqamətində olmalıdır: “Bununla yanaşı, ölkədə növbədənkənar seçkilərin keçirilməsi ətrafında danışıqlar aparılmalıdır. Dəqiqləşdirmək lazımdır ki, kim vəzifəsində qalacaq, kimlər istefa edəcək. Bu müddətlik idarəetmə üçün nəzərdə tutulmalıdır”.

Politoloq bildirib ki, ən əsas məsələ isə Sarkisyanın baş nazir postundan istefa etməsidir.

“Qarşımızda duran aktual və mühüm əhəmiyyətli məsələ Serj Sarkisyanın istefa etməsidir”, – deyə siyasi şərhçi qeyd edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00