"Erməni soyqırımı" ilə bağlı İspaniyadan ermənilərə jest

“Erməni soyqırımı” ilə bağlı İspaniyadan ermənilərə jest
Want create site? Find Free WordPress Themes and plugins.

İspaniyanın Alkorkon şəhəri “erməni soyqırımı”nı tanıyan sayca 30-cu İspaniya şəhərləri siyahısına daxil olub.

“A24.az” erməni mediasına istinadən xəbər verir ki, aprelin 25-də Alkorkon şəhəri “erməni soyqırımı”nı rəsmi şəkildə tanıyaraq qınayıb.

Ermənistanın İspaniyadakı səfirliyi tərəfindən mövzu ilə bağlı verilən açıqlamada “bu gün, 25 aprel 2018-ci il tarixində İspaniyanın Alkorkon şəhəri “erməni soyrıqımı”nı rəsmən tanıdı və qınadı. Madriddə yerləşən və təqribən 170 min insanın yaşadığı şəhər verdiyi bu qərarla artıq “erməni soyqırımı”nı tanıyan 30 İspaniya şəhərinlərinin siyahısına daxil oldu” ifadələri yer alıb.

Qeyd edək ki, İspaniyada qondarma “erməni soyqırımı”nı tanıyan 30 şəhər bunlardır: Sueca, Villena, Chirivella, Petrer, Cullera, Valencia, Sabadell, Merida, Malaga, Paiporta, Betera, Aldaya, Alicante, Alzira, Silla, Benalmadena, Puente-Genil, La Roda de Andalucia, Burjassot, Pinto, Santa-Margarita, Carcagente, Alacuas, Elda, Mislata, San- Sebastian, Mislata, Manises, Santa coloma de Gramanet, Torrent.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar