A24 Xeber

Ermənilər Ağdamda mülki şəxsləri atəşə tutub

Ermənilər Ağdamda mülki şəxsləri atəşə tutub
49
03 May 2018 - 11:08

Ağdamda mülki avtomobil ermənilər tərəfindən atəşə tutulub.

A24.Az xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, hadisə mayın 2-də axşam saat 20:00 radələrində rayonun Çəmənli kəndi ərazisində baş verib.

Artezian quyularına nəzarət edən briqada kənd ərazisindəki artezyanı təmir edərkən Ağdamın işğal altındakı ərazilərindən işçilərin olduğu maşın atəşə tutulub. Avtomobildə olan işçilər çarəsizlikdən avtomobili saxlayaraq hadisə yerindən uzaqlaşıblar. Hazırda güllələnən avtomobili ərazidən çıxarmaq mümkün deyil.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xoşbəxtlikdən işçilər xəsarət almayıb.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00