Ermənilər ağır itki verir, hətta savaşa Türkiyə də qoşulacaq - Rusiya İrəvanı peşman etdi

Ermənilər ağır itki verir, hətta savaşa Türkiyə də qoşulacaq – Rusiya İrəvanı peşman etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Qarabağda təmas xəttində gərginliyin artması və erməni tərəfinin son günlər baş verən insidentlərdə itkilər verməsi yeni müharibə əlamətlərini ortaya qoyur.

A24.Az-ın erməni mətbuatına istinadən məlumatına görə, bunu MDB Ölkələri İnstitutunun direktor müavini, ermənipərəst hərbi ekspert Vladimir Yevseyev deyib.

Hərbi ekspertin sözlərinə görə, artıq bu il ərzində Azərbaycan yeni genişmiqyaslı hücum təşkil edə bilər:

“Erməni ordusu hücumla yanaşı, müdafiə etməyə də hazır olmalıdır. Azərbaycan tərəfinin hər bir zərbəsinə, hərbi güclə cavab verilməlidir. Əks halda bu zərbələrin sayı sonsuz olacaq. Cavab zərbəsi verildikdən sonra Azərbaycan tərəfi anlamlıdır ki, istənilən zərbə ağır nəticələrə səbəb olacaq. Güman edirəm ki, bu cür döyüş hazırlıqlarının olması genişmiqyaslı hərbi hücumlar üçün başlanğıcdır. Erməni ordusu keçən ilin aprel ayında itirlən torpaqların qaytarılması üçün müdafiə olunmaqla yanaşı hücumlar da təşkil etməlidir”.

Ekspert vurğulayıb ki, Azərbaycan yeni müharibəyə hazırlaşır və şübhəsiz ki, Türkiyə də onları dəstəkləyəcək:

“Azərbaycan arxasında Türkiyənin dayandığını görüb, müharibəyə başlaya bilər. Hesab edirəm ki, bu cür şəraitdə Ankara ilə danışıqlar gedişatında Rusiya “Qarabağ” məsələsinə türk müdaxiləsi məhdudiyyəti məsələsini qaldırmalıdır. Bu görə də Rusiya-Türkiyə danışıqları bu münaqişə üçün çox vacibdir. Amma çox təəssüflər ki, hiss edirəm ki, bu amillər də müharibə başlamasının qarşısını ala bilməyəcək. Çox güman ki, məhz bu il müharibə başlayacaq” – deyə Vladimir Yevseyev bildirib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar