Ermənilər ruslardan təmənnasız aldığı "Antiqrad" sistemini işə salır - FOTO

Ermənilər ruslardan təmənnasız aldığı “Antiqrad” sistemini işə salır – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Ermənistana verdiyi “Antiqrad” qrad əleyhinə raket sistemi martın sonunda istifadəsi planlaşdırılır.

A24.Az xəbər verir ki, bu haqda məlumatı Ermənistanın Fövqəladə Hallar Nazirliyinin rəhbəri David Tonoyan baş nazirin müşavirəsində bildirib.

Ermənistan baş naziri Karan Karapetyan keçirdiyi görüş zamanı, Rusiya Ermənistana verdiyi “Antiqrad” qrad əleyhinə raket sistemi haqda geniş müzakirə aparılıb. Ermənistan FHN D.Tonoyan müşavirədə çıxışı zamanı bildirib ki, nəzərdə tutulmuş işlərə 2018-ci ilin mart ayında etibarən başlanılacaq. İşlər bir neçə mərhələdə həyata keçiriləcək. Ancaq birinci mərhələdə 36 raket buraxma obyektinin gətirilməsi, daha sonra 36 işəsalma qurğusunun yerləşdirilməsi və eləcə də digər işlərini müəyyənləşdirmək planlaşdırılır.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayında Rusiya Ermənistana “Antiqrad” qrad əleyhinə raket sistemi verib. Bu haqda məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb. Nazirlikdən bildirilib ki, iki sistem pulla alınıb, üçüncüsünü isə Rusiya şirkəti ermənilərə pulsuz verib: “Bu stansiya radiolokasiya sistemi siqnalı ilə işləyəcək”.

 

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar