A24 Xeber

Ermənilərin zərər vurduğu şirkətin YARIM MİLYON BORCU SİLİNİB

Ermənilərin zərər vurduğu şirkətin YARIM MİLYON BORCU SİLİNİB
44
29 Yanvar 2018 - 23:50

2016-cı ilin aprel döyüşlərində erməni qoşunları ilə döyüşlərdə zərər görmüş Ağdamdakı Heyvandarlıq Kompleksinin dövlətə olan 460 min manatlıq borcu silinib.

FED.az xəbər verir ki, bu barədə kompleksin direktoru Fuad Əyyubzadə yanvarın 29-da prezident İlham Əliyevin də iştirak etdiyi «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışında bildirib.

Qeyd edək ki, adı çəkilən heyvandarlıq kompleksi 2008-ci ildə Ağdam rayonunun düşmənlə təmas xəttində yerləşən Əfətli kəndi ərazisində yaradılıb. 2010-cu ildə dövlət tərəfindən ayrılmış 800 min manat güzəştli kredit və lizinqdən istifadə etməklə, yaradılmış kompleksdə xaricdən gətirilmiş yüksək məhsuldarlığa malik cins heyvanların baş sayı 500-ə çatdırılıb, müasir avadanlıqlar alınaraq quraşdırılıb.

İş adamı bildirib ki, 2016-cı ildə baş verən döyüşlərdə isə kompleksə böyük zərər dəyib: «Həmin döyüşlərdə düşmən dinc əhalinin evləri ilə yanaşı, bizim təsərrüfatımızı da hədəfə almış və atdığı mərmilərin 6-sının təsərrüfatın ərazisinə düşməsi nəticəsində 200 başadək cins heyvan tələf olub, elektrik yarımstansiyası, sağım və gübrəsəpən aqreqatlar, soyuducu sistemlər və digər avadanlıqlar sıradan çıxıb, tikililər yararsız hala düşüb».
İş adamı bildirib ki, hadisələrdən dərhal sonra dövlət başçısının tapşırığı ilə müxtəlif qurumların nümaynədələri hadisə yerinə gələrək tələfat və dağıntıların aradan qaldırılması üçün hərtərəfli dəstək veriləcəyini bildirdilər: «Bunun nəticəsi olaraq dövlət lizinqi üzrə 460 min manat qalıq borc öhdəliklərimiz heyvandarlıq kompleksinin fəaliyyətinin bərpa olunmasına, yararsız hala düşmüş texniki avadanlıqlara və tələf olmuş cins mal-qaraya görə silindi»-deyə F.Əyyubzadə bildirib.

«Sıradan çıxmış bütün avadanlıqlar dövlətimizin dəstəyi nəticəsində yeniləndi, xaricdən 200 baş məhsuldar cins heyvan alınaraq təsərrüfata gətirildi, müəssisəmizə yenidən 500 min manat güzəştli kredit verildi. Bu dəstək sayəsində təsərrüfatımız qısa müddət ərzində fəaliyyətini tam bərpa etdi. Hazırda təsərrüfatda 30-dan çox işçi çalışır, 700 başdan artıq cins heyvan bəslənilir. Gündə 5 ton yüksək keyfiyyətli süd istehsal olunaraq emal müəssisəsinə təhvil verilir».

Bütün bunlara görə təşəkkür edə niş adamı, konfransda bəzi ehtiyaclarını da açıqlayıb: «Hədəfimiz cins heyvanların baş sayını 1500-ə, gündəlik süd istehsalını isə 20 tona çatdırmaqdır. Bu məqsədlə təsərrüfatın yem bazasını genişləndirmək üçün torpaq sahəsinin ayrılmasına ehtiyac vardır».

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00