Ermənistan əhəmiyyətli görüşə hazırlaşır: Sarkisyan Trampla...

Ermənistan əhəmiyyətli görüşə hazırlaşır: Sarkisyan Trampla…
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanın Vaşinqtondakı səfiri Qriqor Hovhannisyan erməni və amerikalı diplomatlar iki ölkənin prezidentləri Serj Sarkisyan və Donald Trampın görüşlərini müzakirə edəcəklərini açıqlayıblar.

“A24.az”ın erməni mediasından əldə etdiyi məlumata görə, Hovhannisyan iki prezidentin görüşmə tarixinin xarici işlər nazirlərinin görüşməsindən sonra bəlli olacağını bildirib.

Ermənistanda bəzi proseslərin yaşandığına diqqət çəkən səfir “Ermənistan prezidentlik sistemindən parlament sisteminə keçir. ABŞ-dakı həmkarlarımızın ölkənin idarəçilərini bu haqda yüksək səviyyədə məlumatlandırması lazımdır” deyə qeyd edib.

Xüsusilə də Ermənistan və ABŞ  xarici işlər nazirlərinin görüşlərini təşkil etməyin vacibliyini dilə gətirən Hovhannisyan daha sonra bunları qeyd edib: “Gündəmi hazırlayacağıq. Hər-halda ondan sonra da prezidentlər səviyyəsində görüş təşkil olunacaq. Əlbəttə, mən bunu çox istəyirəm, ancaq hər şey xarici işlər nazirlərinin qarşılıqlı anlaşmasından asılıdır”.

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar