Ermənistan həyəcanlıdır! - Azərbaycan İsrailin yeni raketlərini də alacaq

Ermənistan həyəcanlıdır! – Azərbaycan İsrailin yeni raketlərini də alacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan İsrailin yeni raket istehsalında narahatlıq duymaya başlayıb.

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan tərəfi Azərbaycanın “İsgəndər” raketlərinə qarşı İsrailin yeni hazırladığı raketlərini alacaqlarını iddia edirlər.

Xatırladaq ki, ötən gün mətbuatda İsrail Silahlı Qüvvələrinin raket-artilleriya birləşmələri operativ-taktiki raketlər alması ilə bağlı xəbərlər dərc olunub. İsrailin müdafiə naziri Aviqdor Libermanın sözlərinə görə, operativ-taktiki raketlərin alınması ilə bağlı qərar təsdiq olunub və satınalmaların ilkin mərhələsi üçün 0,5 milyard ABŞ dolları ayrılıb. Bildirilib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) cari proqramı çərçivəsində həyata keçirilən ilkin inkişaf mərhələsi 2020-ci ilə qədər nəzərdə tutulub. İlk mərhələdə 306 mm-lik EXTRA raketləri hazırlanır. Raketin atış uzaqlığı 150 km-ə qədərdir və ixracat üçün kütləvi istehsal edilir. EXTRA raketlərinin Hərbi Dəniz Qüvvələrlərinin gəmilərində və Hərbi Hava Qüvvələrlərinin təyyarələrində də istifadəsi mümkündür.

İkinci mərhələdə atış məsafəsi 300 kilomter olan BR alınacaq. Raketlərin növü dəqiq bilinmir. Lakin ehtimal edilir ki, İsrailin IMI şirkətinin 250 km mənzilə sahib olan “Predator Hawk” taktiki raketi, IAI şirkətinin maksimum atəş məsafəsi 400 km olan LORA raketi və ya ABŞ-ın “Lockheed Martin” şirkətinin MGM-168 ATAMCS Block IVA raketi alına bilər.

10 il ərzində həyata keçiriləcək satınalmaların ümumi dəyəri 7 milyard şekel (İsrail pul vahidi-red.) təşkil edəcək. Erməni mətbuatı qeyd edib ki, Azərbaycan uzaq mənzilli raketlər əldə edilməsində maraqlıdır. Çox güman ki, İsrail hazırladığı raketlər rəsmi Bakının marağını cəlb edəcək.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar