A24 Xeber

Ermənistan KİV: “Azərbaycan bizdən fərqli olaraq müstəqildir”

Ermənistan KİV: “Azərbaycan bizdən fərqli olaraq müstəqildir”
57
19 Aprel 2018 - 9:06

“1989-1990-cı illərdə SSRİ-nin tərkibində olan dövlətlər öz müstəqilliyi uğrunda mübarizəyə başladılar. Latviya, Litva, Gürcüstan və Azərbaycanda milli azadlıq hərəkatı başladı. Bu ölkələrin xalqları öz azadlıqları uğrunda canlarından keçdilər və müstəqil dövlətlərə sahib oldular. Ermənistanda isə heç bir azadlıq hərəkatı baş vermədi. Bu xalq müstəqillik uğrunda mübarizənin nə olduğunu bilmədi”

“A24.az” bildirir ki, bu fikirlər Ermənistanın “Armeniareport” saytında yayılmış məqalədə yer alıb. Müəllif yazır ki, 90-cı illərin əvvəllərində başlayan Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, bu, milli azadlıq hərəkatı deyildi. Bu münaqişə azadlıq hərəkatı ilə bağlı söylənilən fikirlərin əksinədir. Bu müharibədə çoxlu sayda erməni öldü. Serj Sarkisyanın “Qarabağ gələcəyin azad həyatıdır” fikrini xatırladan jurnalist vurğulayır ki, azad həyatın nə olduğunu bilməyən ermənilər mənasız yerə həyatları ilə vidalaşdılar.

Məqalədə qeyd olunur ki, Sovet İttifaqı dağıldıqdan sonra ermənilər qeyri-müstəqil şəraitdə, yoxsulluq içində yaşamağı öyrəndilər. Ermənilərdən fərqli olaraq Azərbaycan xalqı 1990-cı ilin yanvarında mübarizə apararaq müstəqilliyini qazana bildi. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dövləti xalqı birləşdirən konsepsiyaya sahibdir və qəhrəmanlarının qanı ilə möhürlənmiş dövlətləri var.

Eyni fədakarlığı Ukrayna xalqının da etdiyini bildirən müəllif bu ölkənin də insanlarının azad, suveren şəkildə yaşadıqları qeyd edir. On il bundan əvvəl martın 1-də Ermənistanda azadlıq hərəkatına start verildiyini diqqətə çatdıran jurnalist vurğulayır ki, bunun heç bir nəticəsi olmadı, erməni xalqının qanı tökülsə də Serj Sarkisyan prezidentlik postundan getmədi. Jirayr Sefilyan, Armen Martirosyan, Gevorg Safaryan kimi müxalifət liderlərinin alovlanan azadlıq mübarizəsi qısa zamanda söndü. Bu gün isə bütün nəzərlər Nikol Paşinyanın başlatdığı etiraz aksiyaları üzərində cəmləşib.

Azvision.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00