A24 Xeber

Ermənistan KTMT baş katibinin dəyişdirilməsini tələb etdi

Ermənistan KTMT baş katibinin dəyişdirilməsini tələb etdi
29
28 İyul 2018 - 15:09

 Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərə təşkilatın baş katibi Yuri Xaçaturovun işdən çıxarılması və onun başqa şəxslə əvəz olunması prosesinə başlamağı təklif edib.

A24.Az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

“Bu, ciddi daxili hüquqi prosedurdur. Ermənistanda aparılan cinayət işi çərçivəsində işə Ermənistan vətəndaşı cəlb olunub. Nəzərə alsaq ki, söhbət KTMT-nin hazırkı baş katibindən gedir, Ermənistan KTMT üzrə tərəfdaşlara baş katibinin əvəzlənməsi prosesinə başlamağı təklif edib”, – T.Balayan “İnterfaksa” bildirib.

Qeyd edək ki, Ermənistanın Xüsusi İstintaq Xidməti KTMT baş katibi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general Yuri Xaçaturova qarşı ittiham irəli sürüb. O, 2008-ci ilin martın 1-də baş verən və 10 nəfərin ölümü ilə nəticələnən hadisələrə görə günahlandırılır. Y.Xaçaturov konstitusiya quruluşunu devrməkdə ittiham olunur. Yerevanın birinci instansiya məhkəməsi onu girov müqabilində zaminə buraxıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00