Ermənistan müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib

Ermənistan müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan aprelin 2-də keçiriləcək parlament seçkilərini izləməyə müşahidə missiyası göndərmək üçün Azərbaycana müraciət edib.

A24.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Ermənistanda keçiriləcək parlament seçkilərini izləmək məqsədilə müşahidə missiyası göndərilməsi üçün baş nazir Karen Karapetyanın imzası ilə MDB üzvü olan bütün ölkələrə məktub ünvanlanıb.

Bu barədə İrəvanda jurnalistlərə açıqlamasında məlumat verən MDB İcraiyyə Komitəsi sədrinin müavini Viktor Quminski bildirib ki, dəvət bütün üzv ölkələrə göndərilsə də, yalnız Rusiya, Türkmənistan, Qazaxıstan, Ukrayna və Belarus dəvəti müsbət cavablandırıb.

Həmin ölkələrdən ümumilikdə 76 müşahidəçi Ermənistanda parlament seçkilərini izləyəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar