Ermənistan müxalifəti "məxməri inqilab" komitəsinin yaradıldığını elan etdi

Ermənistan müxalifəti “məxməri inqilab” komitəsinin yaradıldığını elan etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı etiraz aksiyasına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan “məxməri inqilab” komitəsinin yaradıldığını elan edib.

A24.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, o, həmçinin bəyan edib ki, ölkədə dövlət idarələrinin blokadasına çərşənbə günündən başlanacaq və onun tərəfdarları İrəvan küçələrində hakimiyyət nümayəndələri üçün buraxılış məntəqələri yaratmaq niyyətindədirlər.

Müxalifət mitinqdən sonra İrəvanın küçələri ilə yürüşə başlayacaq. Eyni zamanda Paşinyan etirazçıları küçələrdə qalmamağa çağırıb.

“Yürüşü keçirib Respublika meydanına qayıdırıq, musiqiyə qulaq asıb gecələmək üçün evə gedirik”, – deyə o bildirib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar