A24 Xeber

Ermənistan prezidenti ölkədəki vəziyyətdən danışdı

Ermənistan prezidenti ölkədəki vəziyyətdən danışdı
52
22 Aprel 2018 - 19:23

Ermənistan prezidenti Armen Sarkisyan bildirib ki, ölkədə vəziyyət təhlükəli həddə çatıb və o, etirazçıları təmkinli olmağa və dialoq axtarmağa çağırıb.

A24.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, prezidentin bəyanatı dövlət başçısının saytında dərc olunub.

“Ölkəmizdə baş verən proseslər təhlükəli həddə çatıb ki, bu da qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər. Təəssüf ki, ötən gün əldə olunmuş razılaşmanın əksinə olaraq, danışıqlar pozuldu, halbuki, bu, vəziyyəti sakitləşdirə və gərginliyi azalda bilərdi”, — deyə prezident bildirib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00