Ermənistan prezidentinin rəhbərlik etdiyi fondun direktoru tutuldu

Ermənistan prezidentinin rəhbərlik etdiyi fondun direktoru tutuldu
Want create site? Find Free WordPress Themes and plugins.

 “Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyan ictimai təşkilatda səlahiyyət həddini aşaraq külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinərək həbs edilib.

Bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin Mətbuat katibliyi məlumat yayıb.

Bildirilib ki, o, son bir həftədə fondun bank hesabından qumarxanaya “onlayn” 29 min dollar (14 milyon dram) köçürüb. 2016-2018-ci illərdə isə bu rəqəm 250 min dollardan çox olub.

Hazırda fondda yoxlama aparılır.

Qeyd edək ki, bu fond hər il Ermənistan və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki ermənilərə yardım adı altında müxtəlif xeyriyyə tədbirləri keçirir. ABŞ, Avropa dövlətlərindən bu fondun hesabına milyonlarla dollar və avro köçürülür. Ermənistan prezidenti Fondun Hamilər Şurasının başçısıdır. Keçmiş prezident Serj Sarqsyan da fonda rəhbərlik edib. “Hayastan”ın ABŞ-ın qərb sahilləri yerli təşkilatının direktoru Sarqis Kotancanyan fondun hesabına toplanan vəsaitin təyinatı üzrə xərclənmədiyini etiraf edib. //report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar