A24 Xeber

Ermənistan Rusiyadan ət məhsullarının idxalına qadağa qoydu

Ermənistan Rusiyadan ət məhsullarının idxalına qadağa qoydu
35
29 Avqust 2018 - 8:53

Ermənistan Rusiyadan ət məhsulları idxalına müvəqqəti qadağa qoyub.

“A24.az” TASS-a istinadən xəbər verir ki, Ermənistanın Yeyinti Məhsullarının Dövlət Təhlükəsizlik Xidməti avqustun 28-dən etibarən Rusiyanın bir neçə regionundan donuz əti idxalına müvəqqəti məhdudiyyətlər qoyub.

“Avqustun 28-dən etibarən, donuz əti və donuz əti tərkibli məhsulların, həmçinin quş əti və quş əti məhsullarının, yumurtanın Rusiyadan idxalı müvəqqəti dayandırılıb”,- deyə xidmətin saytında bildirilib.

Məlumatda qeyd olunur ki, qərar Heyvanların Sağlamlığının Mühafizəsi üzrə Ümumdünya Təşkilatının məlumatları əsasında qəbul edilib.

Azvision.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00