Ermənistan təşvişdə: “İlham Əliyev nəinki İrəvanı qaytaracaq, üstəlik evimizə girəcək” - VİDEO

Ermənistan təşvişdə: “İlham Əliyev nəinki İrəvanı qaytaracaq, üstəlik evimizə girəcək” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyevin YAP-ın qurultayındakı çıxışı Ermənistanda böyük narahatlığa səbəb olub.

Bu ölkənin mətbuatında yer alan şərhlərdə açıq bəyan edirlər ki, Prezidentin Dağlıq Qarabağ münaqişəsinin həlli və həyata keçirilən iqtisadi layihələrlə bağlı bəyanatlarındakı özünə əminliyin arxasında konkret güc dayanır. İlham Əliyevin apardığı siyasət Ermənistanı iflic vəziyyətə salıb. Şərhlərdə Ermənistanın düşdüyü acınacaqlı vəziyyət açıq etiraf edilir və Ermənistan hakimiyyətinin buna qarşı mübarizə aparmaq gücünün olmadığı bildirilir.

Ermənistanın mətbauatında yer alan analitik yazılarda vurğulanır ki, prezident İlham Əliyevin qurultaydakı çıxışını seçkiqbağı açıqlama kimi qiymətləndirmək özünü aldatmaqdan başqa bir şey deyil. Çünki İlham Əliyevin özünəəminliyinin arxasında konkret güc dayanır.

Anlatik şərhdə bildirilir ki, Azərbaycanın dövlət başçısında bu əminliyi yaradan başlıca amil Ermənistanın yarıtmaz siyasətidir. Ermənistanın mövcud hakimiyyəti İlham Əliyevin siyasətinə adekvat cavab vermə bilmir.

Erməni müəllif bildirir ki Ermənistan hakimiyyəti isə yalnız sərt bəyanatlar verməklə iflasa uğramış siyasətlərini ört basdır etməyə çalışırlar.

“Ermənistanın təcrid kabusu – Azərbaycan İran dəmir yolunun çəkilişi” adlı analtik məqalədə isə Prezident İlham Əliyevin apardığı xarici siyasət nəticəsində Ermənistanın çıxılmaz vəziyyətə düşməsindən bəhs edilir.

Müəllif Sarqis Arçruni bildirir ki, Azərbaycanının əsas rola malik olduğu bu layihə Ermənistanın siyasi-iqtisadi təcridini daha aydın ortaya qoyur. Bu, Ermənistanın İranla birgə həyata keçirmək istədiyi nəqliyyat layihələrinin üstündən xətt çəkir. Ermənistan hakimiyyəti, bəyənatlar verməklə kifayətləndiyi halda Azərbaycan konkret iş görür və artıq mart ayında Azərbaycan və İran Astara Astara dəmiryolunun rəsmi açılışını edəcək. Yəni Tehran Ermənistanı gözləmək niyyətində olmadığını göstərib.

Müəllif etiraf edir ki,bütün bu layihələr Azərbaycan və Ermənistan arasındakı iqtisadi və siyasi güc fərqini daha da artırır. Bu isə Dağlıq Qarabağ münaqişəsi konteksində özünü biruzə verəcək.

Müəllif hesab edir ki, milyardlarla dollar gəlirlər əldə edən Azərbaycan indi Ermənistan üçün daha böyük təhlükədir. Ona görə də statskvonu qorumağa yönəlmiş siyasət İrəvan üçün yaxşı heç nə vəd etmir. Ona görə də danışıqlar prosesindən maksimum fayda götürmək üçün situasiyanı ayıq qiymətləndirmək lazımdır. Zaman gözləmir və Ermənistanın əleyhinə işləyir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar