Ermənistan üçün yeni düşmən

Ermənistan üçün yeni düşmən
Want create site? Find Free WordPress Themes and plugins.

Diaspora erməniləri ABŞ-ın Ermənistan üçün ən böyük təhlükə olduğunu bəyan ediblər.

A24.Az xəbər verir ki, erməni diasporunun nümayəndələri “ABŞ təhlükəsi” barədə Ermənistan rəhbərliyinə müraciət yayıblar. “Youtube”-da və Ermənistanın bir sıra internet resurslarında yerləşdirilmiş müraciətdə ABŞ-ın bu ölkədə həyata keçirddiyi “pozuculuq fəaliyyəti”nin qarşısının alınması istənilir.

Müraciət müəllifləri bildiriblər ki, ABŞ-ın Ermənistandakı səfirliyi yerləşdiyi ərazinin sahəsinə görə bu ölkənin diplomatik nümayəndəlikləri arasında 2-ci yeri tutur. İddia olunur ki, ABŞ-ın Ermənistandakı səfirliyində bu ölkənin müəyyən kontingentdə hərbçiləri də yerləşdirilib və diplomatik nümayəndəlik özlüyündə qapalı hərbi baza funksiyasını yerinə yetirir.

Müraciətdə o da qeyd olunur ki, AVBŞ səfirlik ərazisində yerləşdirilmiş xüsusi qurğular vasitəsilə region ölkələrinə qarşı radioelektron kəşfiyyat fəaliyyəti də həyata keçirirlər. Yayılmış müraciətdə diqqətə çatdırılır ki, ABŞ-ın Ermənistandakı pozuculuq fəaliyyətində səfirliklə əlaqəli işləyən USAID, Milli Demokratiya İnstitutu (NDI), “Eurasia” Fondu, Açıq Cəmiyyət İnstitutu, Ermənistandakı Amerika İnstitutu və Dünya Bankı kimi qurumlar da yaxından iştirak edirlər.

Bildirilir ki, amerikanların bu fəaliyyətinin həyata keçirilməsində Ermənistanın “Azad demokratlar”, “İşıqlı Ermənistan”, “Vətəndaş sazişi”, “İrs”, “Ermənistan ümummilli hərəkatı”, o cümlədən, bir sıra siyasətçi, deputat və media qurumları da ciddi rol alırlar.

Müraciət müəllifləri bütün bunları nəzərə alaraq, ABŞ-ın Ermənistandakı pozucu fəaliyyətinə qarşı ləngimədən tədbir görülməsini tələb ediblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar