Ermənistan XİN-in sözçüsü: “Ərdoğanı təbrik etməyəcəyik”

Ermənistan XİN-in sözçüsü: “Ərdoğanı təbrik etməyəcəyik”
Want create site? Find Free WordPress Themes and plugins.

 “Ermənistan yenidən Türkiyənin prezidenti seçilməsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik etməyəcək”.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan iyulun 2-də Yerevanda ənənəvi brifinqdə bildirib.

Onun sözlərinə görə, 2014-cü ilədək tərəflər bayramlar və seçkilərlə bağlı bir-birini, formal olaraq, təbrik edirdi: “Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə prezident olandan sonra formal təbriklər də dayandırılıb”.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Rəcəb Tayyib Ərdoğan, eləcə də sədri olduğu Ədalət və İnkişaf Partiyası bu siyasi kampaniyanın qalibi olub. //report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar