"Ermənistan Yevlax və Sabirabad istiqamətindən hücum etsə, Azərbaycan..." - Politoloqdan SƏRT AÇIQLAMA

“Ermənistan Yevlax və Sabirabad istiqamətindən hücum etsə, Azərbaycan…” – Politoloqdan SƏRT AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan prezidenti Serj Sarkisyan çıxışı zamanı “Azərbaycan tərəfi belə ciddi şəkildə hücumlara davam edərsə və vəziyyəti genişmiqyaslı müharibəyə gətirib çıxararsa, biz Qarabağı qorumaq üçün sonuna qədər mübarizə aparacaq və əlimizdə olan silah arsenalının hamısından istifadə edəcəyik” deyib.

Serj Sarkisyan
Serj Sarkisyan

A24.Az xəbər verir ki, erməni politoloq Levon Şirinyan prezident S.Sarkisyanın fikrini şərh edərkən bildirib ki, Ermənistanın Azərbaycana qarşı iki istiqamətdə hücum planı ola bilər:

Levon Şirinyan
Levon Şirinyan

“Azərbaycana qarşı hücumlar Yevlax və Sabirabad rayonları istiqamətində təşkil edilə bilər. Rabitə xətlərini kəsmək üçün Yevlax tərəfindən zərbə endirilə bilər, Sabirabaddan hücum olsa, ordan talışları ayağa qaldırıb çaxnaşma yarada bilərik”.

Beynəlxalq Hüquq Assosiyasının üzvü, publisist Denis Dvornikovun sözlərinə görə isə S.Sarkisyan aprel hadisələrinin bir də təkrarlanmasına icazə verməyəcək:

Denis Dvornikovun
Denis Dvornikovun

“Sarkisyan aprel hadislərinin yaşanmasına imkan verməyəcək. Prezidentin borcudur ki, əsgərlərini və orada yaşayan vətəndaşlarını qorusun”.

Azərbaycana qarşı səsləndirilən bu fikirlərini A24.Az-a politoloq Zərdüşt Əlizadə şərh edib.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Politoloqun fikrincə Ermənistan rəhbərliyi belə fərziyyələrlə xalqın başını aldatmağa çalşır:

“Ermənistan əhalisi cahil və nadandır. Onları artıq 30 ildir aldadırlar. Bu səsləndirilən fikirlər yalnız fərziyyələrdir və bunların da heç bir əsası yoxdur. Sadəcə seçki ərəfəsində (apreldə parlament seçkiləri olacaq) Sarkisyan bilir ki, onun rəhbərlik etdiyi partiya qalib gələcək. O vaxta qədər də heç bir müharibə olmayacaq. Düşürəm ki, nə Ermənistan, nə də Azərbaycan hakimiyyəti Moskvanın razılığı və göstərişi olmadan heç bir müharibəyə başlaya bilməz. Başlanılarsa, bu onların döyülməsi ilə nəticələnə bilər. Ona görə də yalnız və yalnız Moskvanın əmrlərini mütləq şəkildə həyata keçirirlər”.

Siyasi şərhçini fikrincə, görünür bu Şirinyan “cənabları” heç orduda qulluq etməyib və heç coğrafiyadan da xəbəri yoxdur:

“Əvvəla, Ermənistanın Qarabağdakı ordusunun Sabirabad istiqamətdə hücum etməyə halı və gücü yoxdur. Onlar Azərbaycan ərazisinə irəlilədikcə, cinahlardan zərbə alıb, mühasirəyə düşüb, məhv edilmə təhlükəsi ilə qarşılaşacaqlar.  Bundan başqa, onlara kim deyir ki, Sabirabada hücum edəndə talışlar ayağa qalxacaqlar? Əksinə, talış əsgərləri, zabitləri Azərbaycan ordusunda qulluq edirlər. İgid kimi 1-ci Qarabağ müharibəsində döyüşüblər. 2-ci Qarabağ müharibəsində də döyüşüb, erməni qəsbkarlarına lazımi cavabı verəcəklər. Yevlaxa zərbə endirilməsinə gəlincə, yenə də deyirəm o ordunun hücum etmək gücü yoxdur. Hücum edən ordu 1:2 nisbətində üstünlüyə malik olmalıdır. Bizdə isə 1:1 nisbətində ordular dayanıb”.

“Bəli, onların orda “İsgəndər” raketləri var.  Başlığına partlayıcı maddələr yüklənmiş “İsgəndər” raketləri.  Onların 8 “İsgəndər” raketi var. 1  “İsgəndər” raketi partlayanda  25 metrlik bir dəlik yaranır.  8 belə dəlik yarandığını götürsək, bu, Ermənistanla Azərbaycan arasında hərbi qüvvə müvazinəti nisbətini dəyişəcəkmi? Əgər onların bu zərbəsi “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinə zərər vursa, bununla qərbin iqtisadi maraqlarına da ciddi zərbə vurmuş olacaqlar. Bu isə o deməkdir ki, həmin qərb “qapaz”ı Ermənistanın başına dərhal dəyəcək. Onların ağrısı nədir ki, qərbin iqtisadi maraqlarına bu cür təcavüz etsinlər. Azərbaycanın bir o qədər vecinə deyil, ona görə ki, bu kəmərlə gedən neft bizim deyil, BP əməliyyat şirkətinindir. O nefti dünya bazarına neft şirkətləri daşıyır. Əgər Ermənistan tərəfi onların mənafeyinə toxunmağa cəsarət etsə, onsuz da onların beynəlxalq vəziyyəti bir az da ağırlaşacaqdır, hazırda da ağırdır. Bu seçki ərəfəsində xalqa nağıllar danışırlar, deməyə sözləri yoxdur. Rusiyanın əlaltısı olan Ermənistan rəhbərliyi onların icazəsi olmadan müharibəyə başlamayacaqlar”, – deyə Z.Əlizadə əlavə edib.

Orxan Aslanlı, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar