A24 Xeber

Ermənistanda baş nazir seçkisinin pozulması barədə göstəriş verildi

Ermənistanda baş nazir seçkisinin pozulması barədə göstəriş verildi
86
01 May 2018 - 11:16

Ermənistanın Respublikaçılar Partiyası bu gün başnazirin seçilməsi üçün keçiriləcək səsverməni pozmağa qərar verib.

“A24.az” “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri postuna namizəd, müxaliflərin lideri Nikol Paşinyan mayın 1-də “Facebook”da canlı yayımda bildirib.

O, tərəfdarlarını yenidən saat 12:00-da Respublika meydanında toplaşmağa çağırıb:

“Hamını saat 12:00-da Respublika meydanında mitinqə, qələbəni qorumağa çağırıram. Respublikaçıların planı bir həftədən sonra öz namizədlərini irəli sürməkdir”.

Qeyd edək ki, mayın 1-də saat 12-də Ermənistan parlamentində baş nazir seçkisi keçiriləcək. Nikol Paşinyan bu posta yeganə namizəddir. Baş nazir olması üçün parlamentin 105 üzvündən 53-ü ona səs verməlidir. Hazırda N.Paşinyanın başçılıq etdiyi “Çıxış” fraksiyası parlamentdə 9, onu dəstəkləyən “Tsarukyan” bloku 31, hakim koalisiyadan çıxan “Daşnaksütyun” fraksiyası isə 7 deputata malikdir.

A24.az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00