A24 Xeber

Ermənistanda daha bir məmur istefa verdi: “Yalanların kök salmasını məhv etməliyik”

Ermənistanda daha bir məmur istefa verdi: “Yalanların kök salmasını məhv etməliyik”
49
02 May 2018 - 10:47

Ermənistanın ərazi idarəetmə və inkişaf nazirinin müavini Varazdat Karapetyan ölkədə yaranmış vəziyyətlə əlaqədar istefa verib.

“A24.az” TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.

“Belə vəziyyətə biganə qala bilməzdim, nazir müavini postunu tərk edirəm. İstefa ərizəmi kimə verəcəyimi belə bilmirəm. Son səkkiz ayda ölkəmizi daha yaxşı etməyə çalışdım, amma indi bacarmıram. Yalanların kök salmasını məhv etməliyik”, – V.Karapetyan bildirib.

Xatırladaq ki, mayın 1-də deputatlar müxalifət lideri Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyiblər. Baş nazir seçilməsi üçün Paşinyana 53 səs lazım olduğu halda onun lehinə 45 deputat səs verib. Bundan sonra o, tərəfdarlarını kütləvi genişmiqyaslı aksiyalar başlamağa çağırıb.

Hökumət başçısının namizədliyinə dair növbəti səsvermə mayın 8-də keçiriləcək.

Qeyd edək ki, bu gün Yerevanda kütləvi işçi tətili başlayıb, müxalifət ölkənin mərkəzi yollarını bağlayır.

Report.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00