Ermənistanda deputatlığa namizədlər arasında dava düşdü

Ermənistanda deputatlığa namizədlər arasında dava düşdü
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca deputatlığa namizədlər arasında qarşıdurma kəskin hal alıb. İş o yerə çatıb ki, tərəflər artıq əlbəyaxa olmaqdan belə çəkinmirlər.

“A24.az” erməni KİV-nə istinadən xəbər verir ki, bu dəfə oxşar insident Geğarkunik vilayətinin Sevan şəhərində baş verib. Məlumata əsasən prezident Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar partiyasının namizədləri arasında dava düşüb.

Məlumata əsasən deputat Karen Batoyan və deputatlığa namizəd Sevan çörək zavodunun direktoru Aşot Avedisyanın tərəfdarları arasında dava olub. Hadisəyə polis əməkdaşları müdaxilə etməli olublar.

Respublikaçılar partiyasının rəsmiləri faktı şərh etməkdən imtina ediblər. (Azvision.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar