Ermənistanda etiraz aksiyaları yenidən başladı

Ermənistanda etiraz aksiyaları yenidən başladı
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanda müxalifətin vətəndaş itaətsizliyi aksiyaları yenidən başlayıb. 

A24.Az  Oxu.az-a istinadən  xəbər verir ki, etirazçılar Yerevanda mərkəzi küçələri bağlayıblar.

Onlar Nikol Paşinyanın baş nazir olmasını tələb edirlər.

“Respublika partiyasının baş nazir vəzifəsinə namizəd irəli sürməyə mənəvi haqqı yoxdur. Xalqın namizədi Nikol Paşinyandır”, – etiraz aksiyalarının liderlərindən biri olan David Sanasaryan deyib.

Zvartnots aeroportuna gedən yol tamamilə qapadılıb.

Kütləvi aksiyalar Ermənistanın bir neçə şəhərində də bərpa edilib. “Aravot” qəzetinin məlumatına görə, hazırda Gümrünün Vardanants meydanına yüzlərlə insan yığışıb.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar