Ermənistanda etirazçılar bu gün də aksiyalarını davam etdirəcək

Ermənistanda etirazçılar bu gün də aksiyalarını davam etdirəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz  edən müxalifətçilər, liderlərinin saxlanılmasına baxmayaraq, yürüş və mitinqləri davam etdirmək niyyətindədirlər.  

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Yerevanda keçirilən mitinqdə “Vətəndaş sazişi” partiyasının nümayəndəsi Ruben Rubenyan bildirib.

“Əvvəlki günlərdə olduğu kimi, aksiyalarımıza  08.15-də start veriləcək. Onlar istisna olaraq dinc xarakterli olacaq”, – deyə Ruben Rubenyan qeyd edib. Onun sözlərinə görə, müxalifətin atacağı addımlar ənənəvi olaraq axşam mitinqində müəyyənləşdiriləcək.

Qeyd edək ki, aksiyalar son 10 gündə ilk dəfədir ki liderlərsiz keçiriləcək.

Bundan əvvəl S. Sarkisyan və müxalifət lideri Nikol Paşinyan arasında görüş keçirilib. Cəmi 3 dəqiqə davam edən görüşdə N. Paşinyan S. Sərkisyanın istefa verməsini tələb edib. S. Sərkisyan isə bu tələbi qəbuledilməz adlandırıb və görüşü tərk edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar