A24 Xeber

Ermənistanda etirazlar daha iki 2 şəhərdə…

Ermənistanda etirazlar daha iki 2 şəhərdə…
35
28 Aprel 2018 - 13:28

Ermənistanda etiraz aksiyalarının lideri, müxalif deputat Nikol Paşinyan və tərəfdarları ölkənin şimal rayonlarında avtoyürüşə başlayıblar.

A24.Az-ın Trend-ə istinadla məlumatına görə, N.Paşinyan “Facebook” səhifəsində yazıb: “Biz İcevana yollanırıq. Orada saat 14:00-da mitinq olacaq. Saat 17:00-da isə Vanadzorda mitinq keçiriləcək”.

Ötən gün müxalifətin Yerevan-Gümrü avtoyürüşü Ermənistanın ikinci böyük şəhərində minlərlə insanın iştirak etdiyi mitinqlə başa çatıb.

Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. S.Sarkisyan vəzifəsindən istefa versə də, etirazlar davam edir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00