Ermənistanda hökumət iclasında olay: Paşinyan xidmət rəisinə...

Ermənistanda hökumət iclasında olay: Paşinyan xidmət rəisinə…
Want create site? Find Free WordPress Themes and plugins.
Ermənistanın baş naziri Nikol Paşinyan qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidməti rəhbərini danlayıb.
A24.Az Sputnik Ermənistana istinadən xəbər verir ki, Ermənistanın qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidməti rəhbəri 10, 16 may tarixlərində Rusiya Federal Xidməti tərəfindən mövcud qayda pozuntularına görə Ermənistana 2 məktub göndərilsə də, problemlə bağlı Paşinyana heç bir məlumat verməyib.
“Mənim üçün sürpriz oldu. Məlumatım yoxdur ki, Ermənistanın qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidmət rəhbəri Rusiyadan məktub alıb”, – deyə Paşinyan hökumətin iclasında xidmət rəhbəri İşxanu Karapetyana hiddətlənərək bildirib.
“Siz kimə məlumat verdiniz ki, belə bir problem mövcuddur”?, – deyə Paşinyan əsəbi halda xidmət rəhbərindən soruşub. Paşinyan həmçinin üzünü xidmət rəhbərinə tutaraq xatırladıb ki, vəzifəyə keçəndən sonra o, kənd təsərrüfatı məhsullarının ixracı sahəsində problemlər mövcud olduğunu müəyyən edib.
Orxan Aslanlı, A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar